SENSE Terapi Mərkəzi

Duyu bütünləmə, uşaq inkişafı və psixoloji dəstək sahəsində elmi əsaslı və individual yanaşma.

Xidmətlərimiz

Duyu Bütünleme

Beynin hissləri düzgün emal edə bilmədiyi uşaqlarda tətbiq olunan inkişaf terapiyasıdır.

Ətraflı məlumat

Beynin hissləri (toxunma, səs, görmə, hərəkət və s.) düzgün emal edə bilmədiyi uşaqlarda tətbiq olunan terapiya metodudur. Adətən autizm spektr pozğunluğu, DEHB və ya inkişaf gecikmələri olan uşaqların gündəlik həyatda hissiyyat qıcıqlarına daha yaxşı cavab verməsini təmin etmək üçün istifadə olunur.

Oyun terapiyası

Uşaqların emosional və davranış problemlərini oyun vasitəsilə ifadə edib həll etməsinə kömək edən terapiya metodudur.

Ətraflı məlumat

Uşaqların emosional və davranış problemlərini oyun vasitəsilə ifadə edib həll etməsinə kömək edən terapiya metodudur. Travma, narahatlıq, qorxu və ya ailə problemləri yaşayan uşaqlar oyuncaqlar və yaradıcı fəaliyyətlər vasitəsilə hisslərini təhlükəsiz şəkildə ifadə edə bilirlər.

Loqoped

Danışıq, dil və ünsiyyət çətinliklərini düzəldən mütəxəssisdir.

Ətraflı məlumat

Danışıq, dil və ünsiyyət çətinliklərini düzəldən mütəxəssisdir. Uşaq və böyüklərdə səs tələffüzü, kəkələmə, dil inkişaf gecikmələri və oxuma-yazma problemləri ilə işləyir.

Psixo Pedaqoq

Öyrənmə çətinliyi və inkişaf problemləri olan uşaqlarla işləyən təhsil və psixologiya mütəxəssisidir.

Ətraflı məlumat

Öyrənmə çətinliyi və inkişaf problemləri olan uşaqlarla işləyən təhsil və psixologiya mütəxəssisidir. Disleksiya, diqqət çatışmazlığı, intellektual və ya emosional inkişaf gecikmələri olan uşaqların təhsil prosesinə uyğunlaşmasını və akademik uğur əldə etməsini dəstəkləyir.

Psixolog

İnsanların emosional, əqli və davranış problemlərini müəyyənləşdirib həll yolları təklif edən mütəxəssisdir.

Ətraflı məlumat

İnsanların emosional, əqli və davranış problemlərini müəyyənləşdirib həll yolları təklif edən mütəxəssisdir. Stres, depressiya, ailə münasibətləri, uşaq inkişafı və digər psixoloji məsələlərdə fərdi və ya qrup terapiyası ilə dəstək göstərir.

MBT

Anın fərqində olma və diqqəti cəmləmə texnikaları ilə stress və emosional problemləri azaldan terapiya metodudur.

Ətraflı məlumat

Anın fərqində olma və diqqəti cəmləmə texnikaları ilə stress və emosional problemləri azaldan terapiya metodudur. Narahatlıq, depressiya və emosional tənzimləmə çətinliklərində tətbiq olunaraq insanların düşüncə və hisslərini mühakimə etmədən qəbul etməsini öyrədir.

SOS yemek yeme terapisi

Yemək seçiciliyi və qida qəbulu problemləri olan uşaqlar üçün addım-addım yanaşma metodudur.

Ətraflı məlumat

Yemək seçiciliyi və qida qəbulu problemləri olan uşaqlar üçün addım-addım yanaşma metodudur. Uşaqların yeni qidalara baxma, toxunma, iylənmə və nəhayət dadma mərhələlərindən keçərək sağlam qidalanma vərdişləri formalaşdırmasına kömək edir.

Mütəxəssislərimiz

İlkin Alizade

İlkin Alizade

CEO

"Sense Terapi" mərkəzinin qurucusu və baş direktoru olaraq uşaq inkişafı və xüsusi təhsil sahəsində strateji liderlik həyata keçirir. Multidissiplinar komanda idarəçiliyi və elmi əsaslı terapiya standartlarının tətbiqi ilə mərkəzi Azərbaycanda uşaq inkişafı sahəsində etibarlı qurumlardan birinə çevirmişdir. Vizyonu ailə-mərkəzli yanaşma və hər uşağın maksimum potensialına çatması üzərində qurulub.

Tamer Eşme

Tamer Eşme

Duyu Bütünleme Terapisti

Azərbaycanda hiss inteqrasiyası terapiyası sahəsinin öncü mütəxəssislərindən biri olaraq xüsusi ehtiyacı olan onlarla uşağın həyatına toxunmuşdur. Karabük Universiteti Fizyoterapiya və Reabilitasiya bölməsində əldə etdiyi akademik təməl üzərində ailələrə elmi əsaslı və nəticəyönümlü terapiya dəstəyi göstərir. "Sense Terapi" komandası ilə birlikdə uşaq inkişafı sahəsində standartları yüksəldən peşəkar yanaşmanın en yaxşılarındandır

Fatimə Süleymanlı

Fatimə Süleymanlı

Psixoloq

Uşaq və yeniyetmələrlə, xüsusilə autizmli uşaqlarla çalışan təcrübəli psixoloqdur. Davranış tənzimlənməsi, motor bacarıqların inkişafı və sosiallaşma dəstəyi istiqamətində fəaliyyət göstərir. Danışmayan uşaqların ünsiyyət qurması və özünü ifadə etməsinə kömək edərək hər uşağın potensialını üzə çıxarmağı hədəfləyir. Uşaqlara qarşı səmimi sevgisi işinin əsas motivasiyasıdır.

Şamxal Məmmədov

Şamxal Məmmədov

Psixoloq

Uşaq və yeniyetmələrlə psixoloji qiymətləndirmə və fərdi terapiya sahəsində fəaliyyət göstərir. Həm neyrotipik, həm də atipik inkişaf xüsusiyyətlərinə malik uşaqlarla peşəkar psixoloji seanslar aparır. İş prosesində uşağın emosional, davranış və sosial ehtiyaclarını əsas götürən elmi və müasir yanaşmalar tətbiq edir. İxtisaslaşdığı terapiya üsullarına oyun təməlli xüsusi təlim, oyun terapiyası, koqnitiv-davranış terapiyası (CBT), qum terapiyası, art terapiya və mindfulness əsaslı yanaşmalar daxildir.

Əsəd Xudiyev

Əsəd Xudiyev

Duyu bütünləmə terapisti

2019-cu ildə uşaq psixologiyası, 2020-2021-ci illərdə Türkiyədə Duyusal Bütünləmə Dərnəyi tərəfindən nəzəri və praktiki hiss inteqrasiyası terapiyası, 2024-cü ildə isə Mehbube Tuncer ilə Floortime metodu üzrə ixtisaslaşma təlimlərini uğurla başa vurmuşdur. Uşaq inkişafı sahəsində davamlı olaraq peşəkar bilik və bacarıqlarını inkişaf etdirən təcrübəli terapistdir.

Yegane Mirzayeva

Yegane Mirzayeva

Loqoped

Uşaqlarda nitq və dil inkişafının dəstəklənməsi, nitq pozuntularının korreksiyası istiqamətində fəaliyyət göstərir. Hər uşağa fərdi və kompleks yanaşma tətbiq edərək oyun əsaslı metodlar, əyani vəsaitlər və praktik tapşırıqlarla effektiv öyrənmə mühiti yaradır. Səslərin düzgün tələffüzü, söz ehtiyatının artırılması, cümlə qurma bacarığı, nitqin axıcılığı və artikulyar apparatus inkişafı üzərinde peşəkarcasına işləyir. Məqsədi nitq qüsurlarını aradan qaldırmaqla yanaşı, uşağın ünsiyyətdə özünü rahat hiss etməsi, fikirlərini sərbəst ifadə etməsi və sosial mühitə uyğunlaşmasıdır. Valideynlərlə davamlı əməkdaşlıq edərək ev şəraitində tətbiq oluna biləcək elmi əsaslı tövsiyələr təqdim edir və hər uşağın nitq potensialını maksimum səviyyədə ortaya çıxarır.

Aysel Ramizqızı

Aysel Ramizqızı

Oyun terapisti

Aysel Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla oyun və ünsiyyət əsaslı yanaşma ilə çalışan psixoloqdur. Eyni zamanda həkim ixtisasına sahinnolması, uşağın inkişafını psixoloji və tibbi baxımdan bütöv şəkildə dəyərləndirməyə imkan verir. Fərdi yanaşma və uşağın ehtiyaclarına uyğun planlama əsas iş prinsipidir.

Əliyev Kənan

Əliyev Kənan

Duyu Bütünləmə Terapisti

Beynəlxalq SOS Feeding təlimi almış mütəxəssis olaraq uşaqlarda sensor emal pozuntuları, qidalanma çətinlikləri, diqqət və davranış problemləri ilə işləyir. Elmi əsaslı qiymətləndirmə və fərdi terapiya planları hazırlayaraq hər uşağın özünəməxsus sensor ehtiyaclarını nəzərə alır. Ailələrlə davamlı əməkdaşlıq edərək uşaqların gündəlik funksional bacarıqlarını inkişaf etdirir və ətraf mühitə rahat uyğunlaşmasını dəstəkləyir.

Filiallarımız

Əlaqə

Randevu və suallar üçün bizimlə əlaqə saxlayın.

WhatsApp: ++994552713222

Online
müayinə